Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ülviyyə Xəlilbəyli: “Ailəmin xatirinə sussam da, dəyişə bilmirəm”

Ülviyyə Xəlilbəyli: “Ailəmin xatirinə sussam da, dəyişə bilmirəm”

Ülviyyə Xəlilbəyli: “Ailəmin xatirinə sussam da, dəyişə bilmirəm”
2023-11-04 , 15:29

Aktrisa Ülviyyə Xəlilbəyli və aktyor həyat yoldaşı Murad İsmayıl övladları ilə birlikdə "Zaurla Günaydın” verilişində qonaq olub.


AZXEBER.COM xəbər verir ki, tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük maraqlı açıqlamalar verib.
 
Murad həyat yoldaşı Ülviyyənin çətin xasiyyətli insan olduğunu bildirib:

"Ülviyyə mənim kimi üzüyola insan deyil, çox çətin adamdır. İstəməzsə sizin heç bir sualınıza cavab verməyəcək. Çox tərsdir. Uşaqların hər ikisi analarına oxşayıb. Amma mən tez əsəbləşib tez də soyuyuram. Sözümü eşitməyəndə qəbul edə bilmirəm.  Ülviyyə də xasiyyətimi bilib gəlib. Bir dəfə əsəbləşəndə beş il qabaqki söhbətlər yadına düşür. Indi xasiyyətimi dəyişmək istəyir, buna görə də mübahisələrimiz olub. Mən kişi olaraq xasiyyətli insanam”.

Ülviyyə isə həyatdakı Muraddan fərqli olaraq səhnədəki Muradı daha çox bəyəndiyini bildirib:

"Mən onu səhnədə daha çox bəyənirəm həyatdan fərqli olaraq. Həyatda çox çətin xarakterləri var. Murad mənim xasiyyətimi bilir. Bilir ki, tərsliyim var. Amma o da məni dəyişməyə çalışır. Mən isə ailəmin xatirinə susub, üzdə dəyişdiyimi göstərsəm də, daxilən dəyişmirəm. Belə-belə mübahisələrimiz yaranır”.

Aparıcı Zaur Baxşəliyev isə öz fikrini söyləyərək mübahisəyə son qoyub:

"Mən bayaqdan kənardan hər ikinizə də baxıram. Hətta Günaya da bayaq dedim. Sizin hər ikinizdə eqo var, dominantlıq var. Hərəniz istəyirsiniz ki, öz dediyiniz olsun. Amma bir-birini sevən insanlar gərək dəyişməyə çalışmadan, olduğu kimi sevsin”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.