Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tacirin şəhid qardaşının övladı tapıldı - VİDEO

Tacirin şəhid qardaşının övladı tapıldı - VİDEO

Tacirin şəhid qardaşının övladı tapıldı - VİDEO
2023-11-07 , 17:43

Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır.

Yenilik.az axşam.az-a istinadən bildirir ki, "Təsir dairəsi" verilişinə müraciət edən sənətçi qardaşı oğlunun tapılmasında ona köməklik göstərmələrini xahiş edib.
Proqram zamanı aparıcı Lalə Azərtaş ifaçının qardaşı övladının adının da İntiqam olduğunu və onu tapdıqlarını bildirib. Daha sonra isə o, İntiqamın fotosunu Tacir Şahmalıoğluya göstərib.
Azərtaş həmin an göz yaşlarını saxlaya bilməyən sənətçiyə daha bir müjdəli xəbər verib. O bildirib ki, sabahkı proqramda müğənnini qardaşı oğlu ilə görüşdürəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.