Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir Məmmədov: " Deyir ki, Kemal Mustafaya dələduz deməyin" - VİDEO

Cavanşir Məmmədov: " Deyir ki, Kemal Mustafaya dələduz deməyin" - VİDEO

Cavanşir Məmmədov:
2023-08-23 , 13:56

Əməkdar artist Cavanşir Məmmədovla parıcı Lalə Azərtaş arasındakı qalmaqal bitmək bilmir. 

Yenilik.az xəbər verir ki, “Gəl danış” ictimai-sosial proqramında qonaq olan sənətçi qalmaqallı məhkəmə çəkişməsi barədə danışıb.

"“Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş deyir ki, iş adamı Kemal Mustafa İbili efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn, mən verilişdə filankəslə danışıram həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Sən (Lalə Azərtaş – red.) televiziya məkanını sirkə bənzədirsən. Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. “Xəzər” televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Deyir ki, mən hakiməm. Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir. Sən nəyin hakimisən? Sən jurnalistikanı bitirmisən? Deyir ki, Kemal Mustafaya dələduz deməyin. Niyə o “peyğəmbər”dir ki? Dələduz bəs kimə deyilir?". 
Qeyd edək ki, Mustafa İbili "Təsir dairəsi" verilişinə gələrək, C.Məmmədovun onun pulunu mənimsədiyini iddia edib. C.Məmmədov isə Mustafanı məhkəməyə verərək, onun öulunu mənimsədiyini deyib. Mustafa məhkəmədə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mustafa İbili "Təsir dairəsi" verilişinə gələrək, C.Məmmədovun onun pulunu mənimsədiyini iddia edib. C.Məmmədov isə Mustafanı məhkəməyə verərək, onun öulunu mənimsədiyini deyib. Mustafa məhkəmədə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.