Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Cavanşir Məmmədovun qızı ilə kəbinimiz var"

"Cavanşir Məmmədovun qızı ilə kəbinimiz var"

2023-07-13 , 15:20

Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Mustafa İbili arasındakı qalmaqal davam edir. 

Yenilik.az xəbər verir ki, “Təsir dairəsi” verilişinə gələn Mustafa Xatirənin onu aldatdığını, onunla ailə quracağını deyərək bahalı hədiyyələr aldırdığını iddia edib. 
C.Məmmədov Mustafanın dediklərini inkar edərək qızının onunla heç bir əlaqəsinin olmadığını deyib. 
Mustafa “Cavanşir bəy, bizim Xatirə ilə kəbinimiz var. Özü də iki dəfə kəbin emişik. Biri burada olub. Türkiyədə Sultan Ahmet məscidində isə imam nikahı etmişik. Bununla bağlı səs yazılarımız da var”, - deyə bildirib.
C.Məmmədov isə “varsa, sübut et”, - cavabını verib.
Qeyd edək ki, C. Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək M. İbili tərəfindən aldadıldığını bildirib. Müğənni iddia edib ki, M. İbili ondan 13.000 manat və 126.500 dollar pul alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa “Təsir dairəsi”nə gələrək yardım istəyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.