Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir Məmmədov həmin şəxsin səs yazısını yaydı - Video

Cavanşir Məmmədov həmin şəxsin səs yazısını yaydı - Video

Cavanşir Məmmədov həmin şəxsin səs yazısını yaydı - Video
2023-07-05 , 13:45

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin eks-sevgilisi olduğunu iddia edən Kemal Mustafa "Təsir dairəsi" verilişinə çıxaraq kömək istəyib.

Axşam.az xəbər verir ki, müğənni proqrama gələrək, qarşı tərəfə cavab verib. Kemalıın ittihamlarının yalan olduğunu deyən, ifaçı onunla telefon danışığını yayıb. 
C.Məmmədov bildirib ki, Mustafanın iddia etdiyi kimi ona 300 min dollar borcu yoxdur. Əksinə Kamal onun, qızının, nəvəsinin pullarını alıb. C.Məmmədov keçmiş kürəkəni kimi təqdim edilən şəxsin səs yazısının yayıb. 
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.