Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nigar Şabanova: “Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə” - FOTO

Nigar Şabanova: “Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə” - FOTO

Nigar Şabanova: “Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə” - FOTO
2023-11-14 , 17:15

“Efirlərimiz niyə bu günə qalıb. Kanalların hamısı bir-birinin bəhsinə, reytinq xətrinə bütün tərbiyəsizlikləri edirlər. Heç kim buna nəzarət etmir”.
Bunu Əməkdar artist Nigar Şabanova öz “Instagram” profilində yazıb.
O son günlərdə efirlərdə müzakirə olunan ailə dramlarını qınayıb.
“Namusunu itirən, analığını unudan, kişiliyini bilməyən hamı efirdə qışqır-bağır salıb bir-birinin üstünə  hücum çəkib, pis sözlər deyir. Televiziya mədəniyyət ocağıdır. Budur Azərbaycan mədəniyyəti? Bu biabırçılığa nə zaman son qoyulacaq. Reytinqə görə artıq sizdən hər axmaq hərəkət gözlənilir. Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə. Biriniz ayağa qalxıb danışmırsınız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışmırsınız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışanda da olursan pis insan. Budur Azərbaycan qeyrəti, namusu, əxlaqı. Əvvəllər arvadı pis yola düşən  kişi gizlənirdi, indikilər efirə çıxıb deyir "papağıma söyün". Azərbaycan kişiləri bunlar deyil. Bizim kişilərin qeyrəti, namusu, şərəfi var. 44 günlük müharibədə Azərbaycan kişisi özünü göstərdi. Pisləri niyə çıxarırsınız ora. Bazardır elə bil. İndi görün ki, namus, qeyrət peşəylə deyil, qanla bağlıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.