Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Deputat od püskürdü: "Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!"

Deputat od püskürdü: "Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!"

Deputat od püskürdü:
2023-11-27 , 15:53

Azərbaycan vətəndaşına niyə ikinci sort kimi yanaşılmalıdır?

"Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!"
Musavat.com bildirir ki, bu barədə millət vəkili Razi Nurullayev bildirib.
Deputat Tarkanın Bakıda təşkil olunan konserti zamanı bilet alan bir sıra vətəndaşların narazı qaldığını vurğulayıb:
"Dünən Tarkanın Bakıda konserti olub və bilet alan vətəndaşlar haqlı olaraq narazı qalıb. Mənə narazılığını bildirən və bu məsələnin bəzi narahatverici məqamlarını söyləməyimi istəyiblər. Millət vəkili kimi, Milli Cəbhə Partiyası - MCP sədri kimi bunları demək haqqım var.
Birincisi, bahalı bilet alan vətəndaşlar niyə akustikanı bərbad eşitməli idilər? Necə olur ki, zalda konsert gedir, Tarkan 4-5 mahnı oxuyub, amma hələ zala daxil olmayanlar var. İnsan zala daxil olur və görür ki, konsertin az qala yarısı bitib.
Azərbaycan vətəndaşına niyə ikinci sort kimi yanaşılmalıdır? Təşkilatçılar bu yanaşmanı və diqqətsizliyi başqa bir Avropa xalqına edə bilərdilər? Sizləri məhkəmələrdə süründürər və pullarını geri almaqla bərabər, təzminat da tələb edərdilər.
Təşkilatçılar, Tarkan və komandası ciddi qüsurlara yol verib. Tapmısınız fağır xalq, haqqını tapdalayırsınız, deyirsiniz ki, səsi çıxmayacaq? Onların səsini deyən millət vəkilləri var. Bunu da bilin! Azərbaycan vətəndaşları nə ikinci, nə də üçüncü sortdur. Ayıb edin!"
Deputat qeyd edib ki, Tarkan və komandası tamaşaçılara böyük hörmətsizlik edib:
"Yüz dənə şərt irəli sürürsən və tələb edirsən ki, olmalıdır. Bəs oxuduğun mahnıların akustikası niyə bərbad olub? Ekran görüntüsü isə fəlakət. Texniki məsələlərə də müğənninin komandası cavabdehlik daşıyır. Qüsur var idi, konsert verməzdi. Belə çıxır ki, pul qazandın, tamaşaçılar da narazı qaldı. Daha zəhmət çəkib, pul xərcləyib ora niyə gedirdilər, elə Youtube-da qoyub baxardılar kliplərə.
Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!"
Xatırladaq ki, Türkiyənin məşhur müğənnisi Tarkan ötən gün “Baku Crystal Hall”da konsert verib. Sosial şəbəkələrdə konsertin təşkilatçılığında ciddi qüsurlar olması ilə bağlı çox sayda narazı fikirlər səslənib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.