Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aytən Səfərova: “Xala və bibilər gəlindən soruşur: “Bi şey-mi şey var?” - VİDEO

Aytən Səfərova: “Xala və bibilər gəlindən soruşur: “Bi şey-mi şey var?” - VİDEO

Aytən Səfərova: “Xala və bibilər gəlindən soruşur: “Bi şey-mi şey var?” - VİDEO
2023-11-28 , 16:36

"Toy olur və 3 gündən sonra gəlin üzə çıxır. Xalalardan və bibilərdən biri gəlinə sual verir ki, ""Bi şey-mi şey" var?" (hamilə qalmaq nəzərdə tutur - red.) Hamının ətrafında gəlinə bu sualı verəcək bir qohumu var". 

Yenilik.az Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib. 
O, yenicə ailə quran gəlinlərin hamiləliklə bağlı təzyiqlərə məruz qaldığını bildirib: 
"O sualı verən xala və bibi üçün fərqi yoxdur, necə yaşayırsan, kimə ərə getmisən və ya cehizində nələr çatmır. Ona ən çox lazımdır, sual verib öyrənsin ki, ""Bi şey-mi şey" var, yoxsa yoxdur?" Onlar daha sonra gəlinin anasına sual verirlər ki, "Sənin qızında ""Bi şey-mi şey" var?" 2 ay keçir və artıq qayınanaya başlanılır psixoloji təzyiq.
Bir ildən sonra fizioloji olaraq bu, normaldır, yəni "Bi şey-mi şey" olmaya bilər. 3-4 ay keçməmiş cavan və yeni ailə qurmuş qızı, gəlini daşıyırlar (aparırlar - red.) xəstəxanalara. Bəlkə də artıq alınacaqdı (hamilə qalmaq nəzərdə tutur - red.). "Bi şey-mi şey"in prosesi başlayacaqdı. Amma həkimə aparıb iynə vurdurub, dərman içizdirirlər". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.