Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Elariz oğlunun toyunu buna görə İstanbulda edib

Elariz oğlunun toyunu buna görə İstanbulda edib

Elariz oğlunun toyunu buna görə İstanbulda edib
2023-12-01 , 14:05

Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu oğlu Məmmədə İstanbulda toy edib. 


Sənətçi "Elgizlə izlə" verilişinə zəng edərək, toy haqqında danışıb. O bildirib ki, məclisə Azərbaycan ifaçılarından Arzu Rzayevi dəvət edib:

"Yaxın qohumlarım, dostlarımı çağırdım. Toyda Arzu Rzayev oldu. Biletini də aldım, otelinin də pulunu ödədim. Çox pulgir adamdır". 
Elariz övladına İstanbulda toy etməsinin səbəbini açıqlayıb:

"Çünki oğlum İstanbulda vəkil kimi çalışır. Dost-tanışı İstanbuldadır. Türkiyədə olan bütün azərbaycanlılar ona müraciət edir. Bakıda toy etsəydim, gərək hamı ora gələrdi".

Qeyd edək ki, Məmməd Mehriban adlı xanımla ailə qurub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.