Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mətanətin oğlu DANIŞDI: “Məqsədi arvadımı çəkib paylaşmaq idi” 

Mətanətin oğlu DANIŞDI: “Məqsədi arvadımı çəkib paylaşmaq idi” 

Mətanətin oğlu DANIŞDI: “Məqsədi arvadımı çəkib paylaşmaq idi” 
2023-12-07 , 14:54

“Uşaqları silah kimi istifadə edir. Ayıb olsun.  Gözləyir ki, qapı açılsın, içəri basqın etsin”.

Referans.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim “İncə səhər” verilişinə müsahibəsində deyib.
O, bir neçə gündür ki, sosial medianı əsir alan videodan danışıb.
Kərim bu məsələdə anasının adının çəkilməməsini istəyib: “Burada mənim anamın adı hallanır. Bu, Mətanət İsgəndərlinin ailəsi deyil, anamın adı hallandırılmasın. Buna bir xəbərdarlıq, iki xəbərdarlıq... Mən daha nə edim, mənim heç vaxt polislik işim olmayıb, amma görürəm ki, belə alınmır”.
Kərim oğlu ilə dalaşması xəbərinə də münasibət bildirib: “Deyir ki, güya, mən həmin gün Tuncaya şiddət göstərmişəm, vurmuşam, döymüşəm. Amma mənim şahidlərim var. Mənə böhtan atır. 4 uşaq, yoldaşım, ev problemi, məktəb problemi, təhsil problemi, mən çatdıra bilmirəm. Amma bunun anası nə edir? Bütün gün özünü reklam edir. Utanmırsan ki, 14 yaşlı uşağı çəkib paylaşırsan? Mənim yoxluğumdan istifadə edir. Mən evdən çıxan kimi gəlib bu hərəkəti edib. Onun məqsədi arvadımı çəkib paylaşmaqdır".
 

Kərim "Əvvəl özü gəlib, qapını döyüb, yoldaşımdan qapını açmasını tələb edib, o da mənə dedi, dedim açma. Ondan sonra Tuncayı çağırıb, bu oyunu çıxarıb”, - deyə əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.