Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “5 telefonla gəzirlər, arvadda nə qədər telefon olar?!” - VİDEO 

“5 telefonla gəzirlər, arvadda nə qədər telefon olar?!” - VİDEO 

“5 telefonla gəzirlər, arvadda nə qədər telefon olar?!” - VİDEO 
2023-12-11 , 17:19

Əməkdar artist Cavanşir Məmmədov gənc müğənniləri tənqid atəşinə tutub.

Yenisabah.az xəbər verir ki, ifaçı qonaq olduğu "Elgizlə izlə" verilişində keçmiş müğənnilərlə indikiləri müqayisə edib:
“Firuzə İbadovanın öz kimi gözəl sənəti var. Uzun illər onunla birgə çalışmış, mahnılar yazdırmış və oxumuşuq. Dəfələrlə toylarda stolun üstünə gətirib telefon nömrəsi qoyublar, amma Firuzə xanım ona əl vurmayıb. Sonradan mənə deyib ki, ora nömrə qoyulub baxarsan, götürərsən.
Amma indikilər belə deyil. Qadın müğənnilər var ki, 5 telefonla gəzirlər. Arvadda nə qədər telefon olar? Biri çantasında, biri avtomobilində, o biri çəkməsinin arasında... Bəsdir də! 
Bir sənətçinin yetişməsi üçün 40-50 il vaxt tələb olunur. O vaxt sizin kimi kompüter effektləri ilə oxumurduq. Müğənnilik sənəti həmişə "ağa sənəti" olub. Bu sənət nökər sənəti olmayıb. Nökərliyin özü də şan-şöhrətdir. O sənəti də bacarmaq lazımdır. İfaçılıq sənətini lap qara-qəpiyə satdınız! Belə olmaz!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.