Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Efirdə mələkdir, həyatda şeytan” – Müğənnidən həmkarlarına sərt mesaj

“Efirdə mələkdir, həyatda şeytan” – Müğənnidən həmkarlarına sərt mesaj

“Efirdə mələkdir, həyatda şeytan” – Müğənnidən həmkarlarına sərt mesaj
2023-12-15 , 13:54

“Ağıllı olun, kimdə nə yoxdursa, ondan danışır”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri müğənni Canan qonaq olduğu “El canlı” verilişində səsləndirib.
İfaçı həmin sözlərlə onu sevməyən qadın həmkarlarına sərt ismarıc göndərib:
“Vallah, məni sevməməklərinin səbəbini bilmirəm. Onlara “ağıllı olun” deyə bilərəm, ağıllı olsunlar. Əgər bir müğənni hansısa sənətçini bəyənmirsə, sevmirsə, yəqin ki, səsə görədir, oxuya bilmir. Əslində, başqa bir yerdə kimin nəyi varsa, ondan danışır. Amma bizdə tam əksidir. Kimdə nə yoxdursa, ondan danışır”.
Müğənni bildirib ki, sənət aləmində dostu yoxdur:
“Sənətdə dostum yoxdur, heç olmasın da. Müğənnilər var ki, məni canlı görür, deyirlər ki, TV-də necəsinizsə, həyatda da eləsiniz. Ancaq tanıdıqlarım var ki, məni izləyəndə özünü mələk kimi aparır. Studiyada  mələk olsalar da, həyatda şeytandır. Bir də deyirəm, ağıllı olun!”
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.