Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir qadın həmkarlarını ƏLƏ SALDI: “Protez diş qoyub, dodaqlarını şişirdib...”

Cavanşir qadın həmkarlarını ƏLƏ SALDI: “Protez diş qoyub, dodaqlarını şişirdib...”

Cavanşir qadın həmkarlarını ƏLƏ SALDI: “Protez diş qoyub, dodaqlarını şişirdib...”
2023-12-18 , 16:42

“Müğənnilər ağızlarına protez diş qoydururlar. Rəngi də ağappaq. Dərisi qara olan müğənni ağzına ağ diş qoydurur. Sanki ağzına təbaşir yapışdırıb. Bunu etməmişdən əvvəl bir düşün ki, təbii dişin nə rəngdədirsə, dişlərini o rəngdə et də... Hələ bu azmış kimi, dodaqlarını da şişirdir, nə böyük həcmdə... Sənin haranı bəyənib, haranı tərifləyək?!” 

Yenilik.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Space star” maqazin verilişinə müsahibəsində deyib. 
“İmperator” titulunu daşıdığını söyləyən sənətkar şou-biznesdə bu statusla deyil, xarakterinə uyğun hərəkət etdiyini söyləyib:
“Mən kişiyəm. Birdən kimsə durub sözümün önündə söz desə, mən də xasiyyətimə bələd insanam, düz alınmaz... İlhamə Quliyevanın kimləsə əlbəyaxa olduğunu heç görmüşdünüz? Amma mən olaram. Ona görə mən elə işlərə qarışmıram. Xasiyyətimə görə hərəkət edirəm. Heç bir sənət adamı ilə oturub durmuram. Mən tənqidçi yox, təhlilçiyəm”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.