Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Bilal Əliyev: “Hər birimizin vətəndaş kimi borcumuzdur ki, cənab İlham Əliyevi birdəfəlik Prezident seçək”

Bilal Əliyev: “Hər birimizin vətəndaş kimi borcumuzdur ki, cənab İlham Əliyevi birdəfəlik Prezident seçək”

Bilal Əliyev: “Hər birimizin vətəndaş kimi borcumuzdur ki, cənab İlham Əliyevi birdəfəlik Prezident seçək”
2023-12-18 , 17:01

“Hazırda Azərbaycan xalqı prezident seçkilərinə hazırlaşır. Ulu Öndərimizin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevə hamımız səs verəcəyik. Çünki həm Ulu Öndərimiz, həm də onun layiqli davamçısı cənab İlham Əliyev Azərbaycan xalqını bəlalardan qurtarıb. Azərbaycanın itirilmiş torpaqlarını qaytarıblar. Azərbaycan məmləkəti, demək olar, məhv olub getmişdi. Ulu Öndərimiz və Prezident İlham Əliyev Azərbaycanımızın memarı oldular, qurub-yaratdılar, Azərbaycanı cənnətə çevirdilər. Biz istəmərik ki, müstəqil məmləkətimiz pis əllərə düşsün. Buna görə də hər birimizin vətəndaş kimi borcumuzdur ki, ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirək, onun ən layiqli davamçısı cənab İlham Əliyevi birdəfəlik Prezident seçək. Onu Prezident seçək ki, Azərbaycanımız daha da inkişaf etsin, daha da gözəlləşsin, cənnətə çevrilsin”.

 
Bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti Bilal Əliyev bildirib.
 
“Bütün xalqımızı qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm, hər birinizə uzun ömür, saf cansağlığı, xoşbəxt həyat, bol ruzi-bərəkət arzulayıram. Arzu edirəm ki, yaradan Allah Azərbaycan vətəndaşlarını, ümumilikdə dünya azərbaycanlılarını öz pənahında saxlasın. Min yaşayın! Nə yaxşı ki, mənim bu gözəl xalqım var. Hamınızı öpürəm!”, -  o deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.