Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ramiz Novruzun oğlu boşanır - VİDEO

Ramiz Novruzun oğlu boşanır - VİDEO

Ramiz Novruzun oğlu boşanır - VİDEO
2023-12-19 , 16:02

Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Nəriman Novruz vizajist həyat yoldaşı Əzizə Novruzdan boşanır. 

Yenilik.az bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı Nərimanın vizajist bacısı Şəfəq Novruz "İncə səhər" verilişinə müsahibəsində deyib. 
Şəfəq bildirib ki, yaxın bir ay ərzində Nəriman və Əzizə rəsmi şəkildə boşanacaqlar: 
"Bir ay ərzində soyadımızı da daşımayacaq. Ayrılıq məsələləri var. Biz danışıb hər şeyi aydınlaşdırdıq, doğma bağlar var, uğurlar arzu edirəm. İki övladı var, onlar da analarında qalacaqlar".
Qeyd edək ki, son günlər Şəfəq Novruz, onun qızı Ayan və Əzizə arasında qalmaqal pik həddə çatıb. Öncə dalaşıb, daha sonra barışdıqlarını açıqlayan tərəflərin mübahisəsinə Əzizənin anası qoşularaq, Şəfəqin söylədiyinə əsasən, ona böhtanlar atıb.
Bununla bağlı ötən gecə Şəfəq sosial şəbəkə hesabında videoaçıqlamalar yayaraq qarşı tərəfin ittihamlarına cavab verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.