Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Niyaməddin Musayev: “Cənab İlham Əliyev əbədi Prezidentimizdir”

Niyaməddin Musayev: “Cənab İlham Əliyev əbədi Prezidentimizdir”

Niyaməddin Musayev: “Cənab İlham Əliyev əbədi Prezidentimizdir”
2023-12-19 , 16:42

“Əlbəttə ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi çox sevindirici bir haldır. Mənə qalsa, heç seçki keçirmək də lazım deyil. Elə birbaşa elan olunardı ki, Azərbaycanın Prezidenti yenə də İlham Əliyev cənablarıdır. Bundan gözəl nə ola bilər?”

 
Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti, “Şöhrət” ordenli Niyaməddin Musayev deyib.
 
“Çünki bizim möhtərəm Prezidentimiz əbədi Prezidentimizdir. Bunu uşaqdan böyüyə qədər hamı bilir. Cənab İlham Əliyev 200 illik bir tarix yazdı, hətta 200 ildən əvvəlki tarixləri də yazdı. Böyük, şanlı bir tarix! İlham Əliyev torpaqlarımızı geri qaytardı, Azərbaycan tam müstəqil oldu. O, bütün xalqımızı xoşbəxtliyə aparır, əmin-amanlığa gedirik. Hər şey tədricən öz yerini tapır. Mən bu cür fikirləşirəm, xalqımız da belə fikirləşir”, - o bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.