Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Brilliant Dadaşova: “Televiziya sədri olmaq istəyirəm” 

Brilliant Dadaşova: “Televiziya sədri olmaq istəyirəm” 

Brilliant Dadaşova: “Televiziya sədri olmaq istəyirəm” 
2023-12-26 , 15:57

Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqəti özünə yönəldib.

Yenilik.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, “El canlı”  şousunda Qarabağda açılacaq televiziyaya rəhbərlik etmək istədiyini bildirib.
“Gələcəkdə Qarabağda, istər Şuşada, istərsə də Laçında, harada olursa-olsun, televiziya açılmasını istəyirəm. Məni ora sədr təyin etsinlər. Səni, Elcan Rəsulov, özümlə aparacağam. Ora yaşamağa gedirəm. Çünki artıq Bakıda tərpənmək mümkün deyil. Gedirəm və sizi də orada gözləyirəm. Gələrsiniz... Gedərik, orada təmiz hava udarıq və yeməklər yeyərik. Özü də tıxacsız... Ay Allah, bu, tıxacsız mümkündürmü?!” - deyə Brilliant vurğulayıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.