Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Hərdən düşünürəm ki, onu musiqiyə nahaq gətirdim...”

“Hərdən düşünürəm ki, onu musiqiyə nahaq gətirdim...”

“Hərdən düşünürəm ki, onu musiqiyə nahaq gətirdim...”
2024-01-08 , 12:18

“Deməyə söz tapmıram. Biz ən böyük sənətçilərimizdən birini itirdik. Bizi çox tez tərk etdi”.

Yenilik.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylərlə vida mərasimində Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
O, Aygün Bəylərlə bağlı xatirələrini dilə gətirib: “Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə, onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikirlər gəlir. Ona da, bizə də çox heyif oldu. Bizim onunla çox böyük layihələrimiz var idi. Bir qismini həyata keçirmişdik, bir qismini yox.
Aygünlə bağlı hər şey xatirədir. O heç kimə bənzəmirdi. Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmayan adam idi. Ona görə də elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bu da onun başına bəla olurdu. Bax belə bir həyat yaşadı. Heç kimə tabe olmayan, öz həyatı ilə yaşamaq istəyən, amma ətrafda bir çox ona mane olan amillərin içində keçdi ömrü. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim. Xəstə olduğunu bilirdik. Səhnədə çox mərd dayandı. Hərdən tərləyirdi, ağrıları var idi”.
C.Quliyev "Aygünü bütün Azərbaycan xalqı sevir. Heç kimdə belə sevgi görməmişdim. Amansız xəstəlik necə gəldi. Heç kim bilmədi. Heyifslənirik ki, Augünün həyatı da, yaradıcılığı da yarımçıq qaldı. O, Xalqın artistidir. Heç bir fərman ona lazım deyil" deyə, əlavə edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.