Yenilik.Az
www.Yenilik.Az » Maqazin » İlkinlə Aysel rəsmi şəkildə boşandı

İlkinlə Aysel rəsmi şəkildə boşandı

İlkinlə Aysel rəsmi şəkildə boşandı
2024-01-16 , 15:50

Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şəkildə boşanıblar.

Yenilik.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya ailəyə yaxın olan mənbə məlumat verib.Onun sözlərinə görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu məsələni təxirə salıb.
Aysel ötən ilin sentyabrında ikinci övladını dünyaya gətirib.
Daha bir diqqətçəkən məqam isə, İlkinlə Ayselin instaqramda bir-birini izləmədən çıxarması və birlikdə olduqları fotoları silmələridir. Ayselin son paylaşımlarında da İlkin yer almır.
Məsələ ilə bağlı İlkin Həsəni ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya məlumatın həqiqətə uyğun olmadığını bildirdi: “Boş söhbətdir. Yalan məlumatdır. Heç bir əsası yoxdur”. O, Aysellə bir-birini instaqramda izləmədən çıxarmaları haqda suala “sizə bir azdan zəng edəcəyəm” deyərək dəstəyi asıb və daha sonra nə zəng edib, nə də zəngləri açıb.
Xatırladaq ki, bir müddət əvvəl də cütlüyün boşandığı deyilirdi, lakin sonra tərəflər bunu yalanlamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.