Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vasif Məhərrəmli: "Məni ittiham edənlər başlarından böyük qələt edirlər…"

Vasif Məhərrəmli: "Məni ittiham edənlər başlarından böyük qələt edirlər…"

Vasif Məhərrəmli:
2024-01-16 , 16:35

Əməkdar artist Vasif Məhərrəmli ictimai qınağa tuş gəlib.

 
Qaynarinfo xəbər verir ki, sənətçi restoranların birində oturduğu zaman əllərində yemək dolu qablar olan ofisiant onun yanından keçəndə yıxılıb. Müğənni baş verən hadisəyə seyirçi kimi qalıb, yıxılan ofisiantın ayağa qalxmasına dəstək verməyib. Yıxılana biganə qalan müğənni sosial şəbəkə izləyiciləri tərəfindən ağır ittiham olunub.
Vasif Məhərrəmli Qaynarinfo-ya açıqlamasında onu ittiham edənlərə ağır cavab verib:

"Məni ittiham edənlər başlarından böyük qələt edirlər. Ofisiant yıxılıb və tez bir zamanda da durub ayağa, məndən üzr istədi. Dedi ki, bağışlayın, sizi narahat etdim və s. Buna nə münasibət bildirməliyəm ki? Hər şey göz qabağındadır. Ofisinat məndən əvvəl qalxıb ayağa”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.