Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zeynəb Həsəniyə nə olub? - Açıqlama

Zeynəb Həsəniyə nə olub? - Açıqlama

Zeynəb Həsəniyə nə olub? - Açıqlama
2024-03-04 , 18:45

“Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır”.

Yenilik.az xəbər verir ki, bu barədə Oxu.Az-a müğənninin köməkçisi Elvin Salmanov məlumat verib.
O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib:
“Hər şey yaxşıdır. Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır. Hazırda yaxşıdır. Yanlış anlaşılma olub. Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb. Hər dəfə yoxlanış ilə əlaqədar gedir. Hazırda Bakıdadır”.
Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılmışdı. Analizlərin cavabları yaxşı çıxmadığı və bu səbəbdən müğənninin yenidən Türkiyəyə yollandığı bildirilmişdi.
Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.