Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazənindən aparıcılara irad: "Qalmaqalları siz yaradırsınız"

Nazənindən aparıcılara irad: "Qalmaqalları siz yaradırsınız"

Nazənindən aparıcılara irad: 
2024-04-15 , 12:20

Müğənni Nazənin ATV-də yayımlanan "Rəngarəng səhər" verilişində qonaq olub.

 
AZXEBER.COM xəbər verir ki, sənətçi aparıcılara iradını bildirib.

Nazənin verilişdə sənətkarlar ilə yeni çıxan müğənnilərin fotolarını yayımlayaraq onların müqaisə edilməsinə narazılığını bildirib:
 
"Bəzən yalnışlqlar edirsiniz siz aparıcılar. Çünki elə müğənni var ki, onun həddinə deyil hansısa sənətkara söz desin, müzakirə etsin. Bu şəraiti siz yaradırsınız. Amma mən indi belə qarşımda sənətkar görəndə əlim-ayağım əsir. Sənəti yerlərdə olan insanlara sənətkarlarla bağlı sual verirsiz, o da onu müzakirə edir, hətta bəyənmir də. Axı bu onun həddinə deyil".
 
Nazənin daha sonra sənət yoldaşlarına səslənib:
 
"Belə getsə hər şey itib gedəcək. Mən çox xahiş edirəm sənət yoldaşlarımdan, efirlərə  çıxın, verilişlərə gəlin. Siz çıxmadığınız üçün meydan qalır ona-buna. Belə etməyin, çəkinməyin".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.