Yenilik.Az
www.Yenilik.Az » Maqazin »  Hüseyn Məhəmmədoğlu aparıcıların qonaqlardan geyimlərinin qiymətini soruşmasını tənqid etdi - Video

 Hüseyn Məhəmmədoğlu aparıcıların qonaqlardan geyimlərinin qiymətini soruşmasını tənqid etdi - Video

 Hüseyn Məhəmmədoğlu aparıcıların qonaqlardan geyimlərinin qiymətini soruşmasını tənqid etdi - Video
2023-11-08 , 15:34

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “İncə səhər” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, verilişlərdə qonaqlarının üzərində olan geyimlərinin qiymətlərinin soruşulmasını, cavabında isə şişirdilmiş qiymətlərin səsləndirilməsini tənqid edib. Hüseyn vurğulayıb ki, verilişdə aparıcıların qonaqların geyimlərinin qiymətini soruşması etik deyil: 
“İnanıram ki, bu verilişdə əynimdə geyindiyim geyimi neçəyə və haradan almısan kimi suallar olmayacaq. Zatən elə verilişlərə getmirəm. Elə proqramlardan qaçıram. O verilişə çıxanlar yalandan geyimlərinə 4 minə almışam deyir.
İnanırsınız, əynimdə gördüyünüz bu kostyumu bazardan almışam. Əsas odur ki, mənim sənətim bahalıdır. Ucuz sənəti olanlar geyimlərinin qiymətini baha deyirlər. Mən düzünü danışıram”. 
Hüseyn daha sonra məsələ ilə bağlı sosial media hesabında da açıqlama yayıb:
"Bəsdirin artıq, lazımsız sözlər, efirdə paltar qiymətləri, nə bilim nələr. Sənət göstərin. Əgər bu sizdə varsa, yoxdursa, heç olmasa düşünün sizə baxan kasıb, imkansız, ala bilməyənlər var. Vaxınız olanda sənət öyrənin"
Qeyd edək ki, sözügedən format ATV-də yayımlanan “Rəngarəng səhər” verilişində təqdim olunur. Müğənnilər proqrama qatılan zaman onlardan geyindikləri geyimlərin qiyməti soruşulur. Onların bəzən gerçək, bəzənsə yalandan, şişirdilmiş formada dedikləri qiymətlər tənqid olunub. 
Bundan əvvəl verilişdə qonaq olan müğənni Damla "Çox istəyərdim söhbətimizin dəyəri olsun. Gözəl mövzu ətrafında danışaq. Mənim geyimim, aksessuarımın, ayaqqabımın qiyməti heç kimə maraqlı deyil" deyə, geyimlərinin qiymətini açıqlamaqdan imtina etmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.