Xalq artisti yeni müğənnilərdən danışdı: "Heç birini tanımıram"

Xalq artisti Brilliant Dadaşova efirə çıxan yeni müğənnilərin bir-birinə bənzədiyi bildirib.
O, aparıcı Zaur Kamalın “Efirə çıxan yeni müğənnilərin hamısını tanıyırsınız” sualına belə cavab verib:
"Efirə çıxan yeni müğənnilərin heç birini tanımıram. Onları səhv salıram, biri-birinə oxşayırlar. Hamısı uzun saç, burunları kəsilmiş.
İllərdir rejissorlara deyirəm ki, burnum sınıqdır, məni bu rakursdan çəkin. Ona görə də elə bir rakurs tapın ki, kəsilməmiş burunla efirə çıxasınız".
OXŞAR XƏBƏRLƏR