Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil” – VİDEO

“Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil” – VİDEO

“Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil” – VİDEO
2024-05-10 , 16:26

"Arzu edirəm ki, çox hörmət etdiyim və istədiyim xanımların qarşısına mənim qarşıma çıxan kimi bir şəxs çıxsın. Ona başımla, yüz faiz cavabdehəm".

Yenilik.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Ailə qurduğunu açıqlayan Mətanət bildirib ki, onun həyat yoldaşının şəkli heç zaman ekranlarda olmayacaq:
"Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil".
Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Müğənnilər həyat yoldaşlarını ekranlarda nümayiş etdirirlər. Ayıbdır ki?" sualına M.Əsədova "O, müğənninin qarşısındakı kişisinin xasiyyətindən asılıdır. Məni o müğənnilərlə bir səviyyəyə qoyma" deyə cavab verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.