Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rəşad Dağlının oğlu ilə görüntüləri yayıldı - VİDEO

Rəşad Dağlının oğlu ilə görüntüləri yayıldı - VİDEO

Rəşad Dağlının oğlu ilə görüntüləri yayıldı - VİDEO
2024-07-05 , 15:57

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusiflə görüşdüyünü əks etdirən görüntülər yayılıb.  

Videonun harada və nə zaman çəkildiyi məlum deyil. Görüntülər sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub.  
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.
Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.//manset.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.