Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəşad Dağlının qayınatası danışdı

Rəşad Dağlının qayınatası danışdı

Rəşad Dağlının qayınatası danışdı
2023-07-28 , 18:30

Xəbər verdiyimiz kimi, qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Axşam.az-ın məlumatına görə, ifaçının qayınatası "Baku TV"yə açıqlama verib. 
"Hadisədir, olub. Allah qapısını açsın. Allah ailəsinə səbr versin. İki körpə övladı, himayəsində xəstə ata, anası var. Özü könüllü gedib təslim olub. Dövlət tədbirlərində iştirak edib, xalqın sevimlisidir. Hər zaman gəncləri pis yoldan çəkindirməyə çalışıb. Rəşad heç vaxt cinayət törətməzdi. Nəsə bir boşluq olub. Allah qapısını açsın" deyə, o, açıqlamasında bildirib.
Qeyd edək ki, R.Dağlının iki övladı var.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.