Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tanınmış meyxanaçı yenidən xəstəxanaya yerləşdirildi - VİDEO

Tanınmış meyxanaçı yenidən xəstəxanaya yerləşdirildi - VİDEO

Tanınmış meyxanaçı yenidən xəstəxanaya yerləşdirildi - VİDEO
2024-08-31 , 14:27

Meyxanaçı Xəyyam Əhmədlinin səhhəti pisləşib. 

Axşam.az xəbər verir ki, ifaçı xəstəxanaya yerləşdirilib. Bu haqda aktyor Elcan Rəsulov məlumat yayıb. Xəyyamın təcili yardım maşınından görüntülərini paylaşan Elcan onun 150 min dollara ehtiyacı olduğunu vurğulayıb:
"Xəyyamın vəziyyəti yenə ağırlaşıb. Bu dəfə heç əməliyyat da etmək olmaz. Oqtay Kamil dedi ki, aparata qoşulmalıdır. O da 150 min dollardır. Xəbəri dostlarla paylaşın, görək nə baş verir. Allah köməyi olsun".
Qeyd edək ki, meyxanaçı Xəyyam bir neçə gün əvvəl ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. O, 2018-ci ildə ürəyindən anju olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.