Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Afətdən əri ilə bağlı ŞOK AÇIQLAMA: "3 dəfə xəyanətini tutdum. Özü də alfonsdur" - VİDEO

Afətdən əri ilə bağlı ŞOK AÇIQLAMA: "3 dəfə xəyanətini tutdum. Özü də alfonsdur" - VİDEO

Afətdən əri ilə bağlı ŞOK AÇIQLAMA:
2024-10-14 , 17:28

Müğənni Afət Fərmanqızı həyat yoldaşı Mamed Nanacanov haqqında şok fikirlər səsləndirib.

Yenilik.az CityPost.az-a istinadən xəbər verir ki, müğənni həyat yoldaşı ilə boşanmaq ərəfəsindədir. Afət Fərmanqızı  bununla bağlı TikTok hesabında canlı yayımda ona ünvanlanan sualları  cavablandırıb.
“”Balta Mamed” əlində balta küçələrdə gəzir. Yiyəsinə müraciət etmişəm. Zatən yiyəsi yoxdur, Sahibi  yoxdur. Polisə onunla bağlı müraciət etmişəm. İstəmirdim ki, belə olsun. Ancaq bunları özü  istədi...”,-deyə A.Fərmanqızı bildirib.
Afət Fərmanqızı daha sonra bildirib ki, həyat yoldaşının müğənnilərlə xəyanətini də tutub.
“Onun 3 dəfə xəyanətini tutdum. Özü də alfonsdur. Harada varlı, imkanlı müğənnilər varsa, onlara yazıb. Əlimdə onun xəyanətinin sübutu olan yazışmalar var. Yaxında  onları da paylaşacam. O, xəstədir, başı xarabdır. Görəsən, əvvəlki kimi kasıb olsaydım, yenə arxamca sürünərdimi? Əlbəttə ki, yox...”, -deyə müğənni bildirib. 
Qeyd edək ki, Afət Fərmanqızı Mamed Nanacanovun üçüncü həyat yoldaşıdır. 
Ətraflı video məlumatı təqdim edirik:
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.