Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Fərqanə də bank fırıldaqçılarına aldandı - Video

Fərqanə də bank fırıldaqçılarına aldandı - Video

Fərqanə də bank fırıldaqçılarına aldandı - Video
2024-12-24 , 16:40

Rəsmi qurumlar dəfələrlə bank fırıldaqçıları ilə bağlı xəbərdarlıq etsələr də, hələ də aldanan vətəndaşlarımız var. Bu dəfə isə Əməkdar artist Fərqanə Qasımova dələduzluqla üzləşib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 
Xanəndə bildirib ki, rəfiqəsinin adından istifadə edən şəxs onu aldadıb:
“Kaş əvvəlcədən mən də bu barədə bilərdim, amma bilməmişəm. Ən yaxın rəfiqəmdən zəng gəldi. Nömrə başqa idi, amma onun profili və adı ilə. Zəngdən sonra mesaj gəldi. Mesajda “Fərqanə xanım, bankdayam. Pul köçürdürəm, amma filan məbləğ çatmır”, - sözləri yazılmışdı.
Nədənsə şübhələnmədim, çünki həmin rəfiqəmin şəklini gördüm. O elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim. Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi ki, “Birdəfəlik iki aylıq ödəyirəm. Qurban olum, mənə 2 aylıq, yəni 400 manat göndərin, ödəyim və işə gedən kimi sizin pulunuzu karta atacam”.
Cavab verdim ki, “heç narahat olmayın. Sizə qurbandır!” Sən demə, dələduzlar imiş. Mənim 400 manatımı oturduğum yerdə aldılar. Əlbəttə, Allah onların cəzalarını verəcək. Amma ehtiyatlı olmaq lazımdır. O pulu elə ehtiyacı olan adamlara vermək daha yaxşı olardı, nəinki belə dələduzlara. Allahdan onlara cəza diləyirəm”.
Fərqanə Qasımova həmin şəxsin nömrəsini də paylaşaraq hər kəsi diqqətli omağa səsləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.