Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm Tovuzluya Türkiyədə ev bağışlandı: Qiyməti 160 min dollar…

Şəbnəm Tovuzluya Türkiyədə ev bağışlandı: Qiyməti 160 min dollar…

Şəbnəm Tovuzluya Türkiyədə ev bağışlandı: Qiyməti 160 min dollar…
2025-01-03 , 20:21

Müğənni Şəbnəm Tovuzluya Türkiyənin Ortaköy ərazisində 160 min dollar qiyməti olan mənzil bağışlanıb.

Bu barədə müğənni “ARB”də yayımlanan “Həmin Zaur” verilişində deyib.
“Mənə Türkiyədə 2 milyonluq ev verilməyib. Heç mən bunu qəbul da etmərəm. Axısqa türklərindən olan biznes qadını Gülnarə xanım ailəvi dostumuzdur. İstanbulda 3-4 evi var. Mənə Ortaköydə beşmərtəbələrin beşinci mərtəbəsində ev bağışlamaq istədi. 63-65 kvadratmetrlik evdir, 160 min dollar qiyməti var. Mən isə dedim ki, eybi yox, məndən ilkin ödəniş alma, amma hər ay sənə 10-20 min dollar ödəniş edərəm. Evi ancaq belə qəbul edə bilərəm. Gülnarə xanım atama maşın hədiyyə edən xanımdır. O bilir ki, heç vaxt belə hədiyyələrin altında qalası xanım deyiləm. Gözü tox insanam. Hər kəs bilir ki, jesti kimə necə edir. Təbii ki, arzumdur, İstanbulda bir evim olsun”, – o bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.