Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xatirə İslam: “İstəyirəm ki, gəlinim evdə otursun, qəşəng çay dəmləsin”

Xatirə İslam: “İstəyirəm ki, gəlinim evdə otursun, qəşəng çay dəmləsin”

Xatirə İslam: “İstəyirəm ki, gəlinim evdə otursun, qəşəng çay dəmləsin”
2025-04-28 , 14:30

“Oğlum olsa, Sevinc Sevil bacılarını almaram. Onlar qısa geyinirlər. Mən istəyirəm ki, gəlinim evdə otursun, yaxşı çay dəmləsin”.

 
Bu sözləri müğənni Xatirə İslam “Afaqla onlar” verilişində deyib.
 
Onun bu açıqlaması həmkarları Sevinc Sevil bacılarını özündən çıxarıb.
 
Müğənnilərin Xatirə İslama cavabı gecikməyib: “Mənim qapımı döyən insan xasiyyətimə bələd olub o qapını döyməlidir. Mənim geyimimlə məni ölçməməlidir. Biz heç bir halda açıq-saçıq, vulqar şəkildə geyinmirik ki, o geyimə görə qapımız döyülməsin. Bu yaxınlarda Xatirə İslam sosial şəbəkədə izləyicisinə şərh yazmışdı ki, quzum, biz müğənniyik, biz geyinsək, bizə problem deyil, gərək, gəlinimiz də geyinə. Yaşca bizdən qat-qat böyük olan insanlar, dostlarımız deyirlər ki, yeganə insansınız, sizə qısa geyim yaraşır, çünki sizdə vulqar görünmür”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.