Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yəhyayeva

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yəhyayeva

2025-05-22 , 16:10

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".

Bu sözləri müğənni Sevda Yahyayeva "Elgizlə izlə" proqramında deyib. O, yeni ailə quran cütlüklərin ayrı yaşamasını tövsiyə edib:
"Qayınanam bir böyük kimi heç nəyə qarışmır. Çox sevinirəm ki, belə bir ailəm var. Çox aristokrat, mədəni, məni çox sevir, həmçinin mən də onu. Bir həftə birlikdə yaşamışıq, bizə qonaq gəlmişdi. İndi əksər cütlüklər ayrı yaşayırlar. Ayrı yaşamaq çox gözəldir, çünki onda hörmət, izzət daha çox olur".
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir. Cütlüyün Ayla və Aida adında iki qız övladı var. 



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.