Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Gizlənməyin, borcu qaytarın!" - Hüseyn Məhəmmədoğlu

"Gizlənməyin, borcu qaytarın!" - Hüseyn Məhəmmədoğlu

2025-06-06 , 12:38

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu musiqiçilərə müraciət edib. 

Yenilik.az xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq özünə və ya övladına toy etdikdən sonra gizlənən həmkarlarına sərt sözlər deyib:

“Son bir ayda çoxlu musiqiçi toyu oldu, Allah mübarək etsin. Bizim iştirak etməyimiz vacibdir. Getməsək də, pul göndərməliyik. Çünki bu, bir-birimizə olan borcdur. Gəliblərsə, biz də iştirak etməliyik. Mənim neçə nəfərə borcum var, çünki övladımın toyunda iştirak ediblər. Məni də çağırırılar, vaxtım olanda sevə-sevə gedirəm, olmayanda isə pul göndərirəm. Ay musiqiçilər, özünüzə, övladınıza toy edib sonra gizlənməyin. Belə olmaz, çünki borcu qaytarmalısınız, başa düşürsünüz? O insan musiqiçiyə güvənib toy edir. Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur. Bunu yadınızda saxlayın.
Bundan başqa, musiqiçilərin toyunda ifa edən musiqiçilər, pul istəməyin, ayıbdır! Musiqiçi musiqiçidən pul istəməz. Əsas da qoşanağara, nağara və sintizator ifaçıları, ayıbdır, etməyin”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.