Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ - Bölməyə APARDILAR

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ - Bölməyə APARDILAR

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ - Bölməyə APARDILAR
2025-06-11 , 13:50

Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib. 

Ajans.az-ın əldə etdiyi məlumata görə, toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər. O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.
Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı müğənninin köməkçisi sayta cavabında “Mən yalnız toy haqqında məlumat verə bilərəm”- deyə, bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.