Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO
2025-07-22 , 17:05

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.

Pop ulduz ticarət mərkəzlərinin birində solo konsert proqramı ilə çıxış edib. Açıq havada baş tutan gecəyə Ağayevanı dinləmək üçün 7000-dən çox tamaşaçı toplanıb.
Estrada ulduzu səhnədə sevilən, dillərəzbərinə çevrilən hitlərini səsləndirib. Hər çıxışı gür alqışlarla qarşılanan ulduz sənətçinin bütün nəğmələrini pərəstişkarları onunla birlikdə ifa ediblər.
Xalq artistini səhnədə “Tünzalə dance group” müşayiət edib.
Konsert proqramında füsunkar görünən Tünzalə Ağayevanın fərqli, maraqlı geyiminin müəllifi yerli brendimiz olan “Uventa”dır. Styling Ağayevanın şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Makiyajı isə tanınmış make up artisti Kristina edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.