Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mustafa Sandal xəstəliyini açıqladı

Mustafa Sandal xəstəliyini açıqladı

Mustafa Sandal xəstəliyini açıqladı
2025-07-25 , 15:04

Türk pop musiqisinin sevilən adı Mustafa Sandal uzun müddətdir davam edən trixotillomaniya xəstəliyindən danışıb.

Mahnıları illərlə yaddaşlarda qalan, enerjisi heç vaxt manşetlərdən düşməyən məşhur müğənni Mustafa Sandal “Hadi Anlat” verilişinə qonaq olub.
Sandal indiyə qədər geniş şəkildə bilinməyən bir sağlamlıq problemini ortaya qoyaraq səmimi açıqlamalar verib.
Tanınmış sənətçi uzun illərdir ki, trixotillomaniya adlı saç yolma xəstəliyi ilə mübarizə apardığını belə izah edib: “Məndə trixotillomaniya (saç yolma pozğunluğu) var. Amma indi çox azalıb. Fikirləşərkən barmağımı başımın üstündə gəzdirib “lak” deyərək oradakı saçları yolurdum. Nəysə sağaldıq, düzəldim”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.