Bakıda məşhur baxıcı həbs edildi –“800 manata “ceyran göbəyi” alıb …”
Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.
İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından “kəfən dönməsi” ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb. İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.Baş verənləri belə danışıb: “Nigarla məni Fuad adlı taksi sürücüsü tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxıcıların yanında olmuşam.Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm”.Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb: “Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, “kəfəndən dönmə” ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500-600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni “düyünlər” çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də, həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da “ceyran göbəyi” alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə “yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm” deyirdi”.Zərərçəkmiş şəxs Viktoriya da müxtəlif vədlərlə Nərgiz Soltanova tərəfindən aldadılıb.Onun ifadəsində diqqətçəkən məqamlar bunlardır: “Nərgizi rəfiqəm Nigar vasitəsilə tanımışam. Müharibə başlayanda Nigarın qardaşı bizim Ukraynadan çıxmağımıza kömək etdi. Nigarla bundan sonra daha yaxın olduq.Müharibədə qohumlarımın bəziləri savaşa aparılır, bəziləri vəfat edirdi. Bakıda yaşamaq da mənə pis təsir edirdi. İqlim dəyişikliyinə görə qızım da tez-tez xəstələnirdi. Psixoloji olaraq da çətinlik çəkirdim. Nərgizin Nigara kömək etdiyini bilirdim. Buna görə də, Nigardan xahiş etdim ki, məni Nərgizin yanına aparsın. İlk tanışlıq günü Nərgiz falıma baxıb üzərimdə qara qüvvələrin olduğunu dedi. Özümün və ailə üzvlərimin bu kimi əməllərdən təmizlənməsi üçün müəyyən rituallar edəcəyini dedi. İlk dəfə 8000 manat pul ödədim. Nərgizə ailə üzvlərimin şəkillərini də verdim.Nərgiz məni ovsunlayıb bütün dostlarımdan, hətta psixoloqumdan da ayırdı. Nərgizdən tam asılı vəziyyətə düşdüm. Nərgiz mənə ölümcül cadunun yoldaşım tərəfindən yazıldığını deyirdi.Mənə toz şəkilli kütləni verib arada içməyimi tapşırmışdı. Həmin tozu içəndən yaddaş pozğunluğu, saç tökülməsi ilə bağlı problemlər yarandı, psixiatr müalicəsi aldım. Nərgiz bunu təmizlənmənin əlaməti olaraq izah edirdi.Mənim müharibədən qorxduğumu bilirdi. Buna görə, xüsusi ritual edəcəyini deyirdi. 4000 manat dəyərində bir güllə olduğunu, çox dərindən təmizlik etdiyini deyirdi. Həmin güllənin xaricdən sifarişlə gətirildiyini söylədi. Nərgizə saçımdan, əl və ayaq barmaqlarımın dırnaqlarından nümunələr də vermişdim. Mənə dediyi gülləni verdi və bütün pisliklərdən qoruyacağını söylədi.5500 manat pul alaraq “ceyran göbəyi” deyilən xüsusi bir amulet düzəldib verdi. Evdəki pislikləri dağıtması üçün girişdə bir yerə asmağımı, küləkli yer olmasını istəmişdi”.Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə də Nərgiz Soltanovanın cinayət əməli sübuta yetirilib. Lakin Soltanova ittihamı qətiyyən qəbul etməyib.Məhkəmənin hökmü ilə Nərgiz Soltanova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. N.Soltanova məhkəmə zalında qandallanıb.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər
Məşhur kosmetoloq plagiatda günahlandırıldı, dəfələrlə məhkəməyə verildi, cərimələndi - ARAŞDIRMA
Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? – DETALLAR
Türkiyəli “biznesmen” azərbaycanlı iş adamlarına 613 min manat “atdı”
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14