Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nigarla qalmaqal yaşayan Fərqanə "Heysiyyəti olmayanla şəxsi məsələm olmaz" dedi, sonra sildi...

Nigarla qalmaqal yaşayan Fərqanə "Heysiyyəti olmayanla şəxsi məsələm olmaz" dedi, sonra sildi...

Nigarla qalmaqal yaşayan Fərqanə
2025-07-29 , 14:26

Əməkdar artist Fərqanə Qasımova növbəti paylaşımı ilə diqqət çəkib.

 
Pravda.az xəbər verir ki, F.Qasımova paylaşımında bu sözləri yazıb: "Aslandan soruşublar ki, heysiyyət məsələsimi, şəxsi məsələsimi? Aslan "Heysiyyəti olmayanla şəxsi məsələm olmaz" deyib".
 
Əməkdar artist bir neçə saat sonra paylaşımını silib.
 
Qeyd: F.Qasımova ilə "Avroviziya 2011"in qalibi Nigar Camal arasında qalmaqal  yaşanıb. N.Camalın müzakirə olunan festival geyimini tənqid edənlər arasında F.Qasımova da olub. O, Nigarın sözügedən geyimdə olan fotosuna “Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır” şərhini yazıb. Nigar isə onun barəsində "Hicab taxıb, bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır" deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.