Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar

Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar

Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar
2025-08-05 , 14:51

Konsert proqramı ilə çıxış etmək üçün İstanbula gedən məşhur ifaçı Cennifer Lopes şəhərdə mağazaların birinin içərisinə buraxılmayıb.

Oxu.Az bu barədə "Türkiye" qəzetinə istinadla xəbər verir.
O, cangüdənlərinin müşayiəti ilə çıxdığı alış-verişdə "Chanel" mağazasına daxil olmaq istəyib. Lakin müğənni gözlənilməz vəziyyətlə qarşılaşıb.
Mağazanın təhlükəsizlik işçisi onun Cennifer Lopes olduğunu bilməyərək, "yer yoxdur" deyərək içəri buraxmayıb.
İfaçı mübahisə etmədən "problem deyil" deyərək oradan uzaqlaşıb. Sonradan onun Cennifer Lopes olduğunu öyrənən təhlükəsizlik işçisi üzr istəyib. Amma pop ulduz onun mağazaya dəvət təklifini qəbul etməyib.













Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.