Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Son xəbərdarlığım budur: özünüzü yığışdırın! Əks halda...” - Xalq artisti Mənsum İbrahimovun  oğlu hədələdi

“Son xəbərdarlığım budur: özünüzü yığışdırın! Əks halda...” - Xalq artisti Mənsum İbrahimovun  oğlu hədələdi

“Son xəbərdarlığım budur: özünüzü yığışdırın! Əks halda...” - Xalq artisti Mənsum İbrahimovun  oğlu hədələdi
2025-08-28 , 01:58

“Muğam Müsabiqəsinin Finalından sonra atam Mənsum İbrahimovla bağlı qarayaxma kampaniyası başlayıb. Bildirirəm ki, müsabiqə 7 münsifdən ibarət idi və hər birinin sadəcə 1 səs haqqı var idi. Qaliblər sırasında onun heç bir tələbəsi yox idi! Sevindirici hal odur ki, hamı Muğam sənətinin hazırki böyüyü, ağsaqqalı kimi Mənsum müəllimə müraciət edir – bu, onun böyüklüyünün göstəricisidir”.

Yenicag.az xəbər verir ki, bunu Xaıq artisti Mənsum İbrahimovun oğlu İbrahim İbrahimli deyib.

Xalq artistinin oğlu atasını belə müdafiə edib:

“Hər xəbərin altında əsassız qarayaxma edən “troll dəstəsi”, unutmayın ki, paxıllığınız hamıya bəllidir. Daha bir nüansı da bilin: sifarişlə bu təlimatı verən, eyni zamanda bu prosesdə kimlərin iştirak etdiyini, istər yaxın, istər uzaq – ad, soyadına qədər bilirəm!

Bəzi sənətkarlar toxunulmazdır – onlar haqqında kim necə gəldi danışa bilməz! Öz yerinizi, həddinizi bilin!

Sizə son xəbərdarlığım budur: özünüzü yığışdırın! Əks halda fakt və sübutla qarşınızda məni – İbrahimli İbrahimi görəcəksiniz!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.