Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Əsəbi idi - Eldəniz Məmmədov Aygün Kazımova ilə insidentdən danışdı

Əsəbi idi - Eldəniz Məmmədov Aygün Kazımova ilə insidentdən danışdı

Əsəbi idi - Eldəniz Məmmədov Aygün Kazımova ilə insidentdən danışdı
2025-09-10 , 18:24

"Yeni Ulduz"un qalibi Eldəniz Məmmədov Xalq artisti Aygün Kazımovanın onu səhnədə pərt etməsi ilə bağlı videogörüntüyə aydınlıq gətirib. Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, insident onun dostunun övladının toy məclisində baş verib:

 
"Bəy-gəlin yerində oturmuşdu. Bəyə dedim ki, niyə oturmusunuz? Bildirdi ki, atam deyir Aygün xanım sizi səhnəyə dəvət edəcək. Dedim siz durun gəlin, mən Aygün xanımdan xahiş edəcəm sizi səhnəyə dəvət eləsin. Yaxınlaşdım ki, Aygün xanıma bunu deyim, həmin vaxt aramızda insident yarandı. Oldu və bitdi, orada nə var axı? Aygün xanım bizim dəyərli sənətkarımızdır, xətrini çox istəyirəm.
 
Əsəbi idi, insandır da. Hərdən belə olur, mən onu çox istəyirəm, başqa heç nə deyə bilmərəm. Aygün xanım bizim ürəyimizdir. Bir Aygünümüz var. Birincisi, məni təhqir etməyib. 30 saniyəlik bir insident idi, yaşandı və bitdi. Mən səbrli adamam".
 
Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Aygün Kazımova ilə "Yeni Ulduz"un qalibi Eldəniz Məmmədov arasında yaşanan insidentin videogörüntüsü yayılıb. Məlumata görə, şəkil çəkdirmək üçün Aygün Kazımovanın yanına səhnəyə qalxan Eldəniz Məmmədovun bu hərəkətinə Xalq artisti mənfi reaksiya verib. Aygün Kazımova Eldəniz Məmmədovu tanımadığı dilə gətirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.