Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Üzeyir haqqında "xoşum gəlir" sözünü demək olmaz"

"Üzeyir haqqında "xoşum gəlir" sözünü demək olmaz"

2025-09-15 , 14:44

"Üzeyir haqqında "xoşum gəlir" sözünü demək olmaz. Qadağan edilməlidir. Uşaq vaxtı həyata daha çox marağm olub. İndi uğurlarım çoxdur, amma həyata marağım azdır. Bəzi insanlar həyatı çirkləndirib. Deyir, dünya başıma oyun açır. Axı etmədiyin hoqqa qalmayıb, dünya dağılmalı idi. Hələ yaxşıdır ki, bu dünya qalıb". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə "Günə bax" proqramında deyib. Sənətçi insanların istədikləri kimi yaşamadığını bildirib:

 
"Baxırsan ki, insanların çoxu özü kimi yox, gündəmdə olan kimi yaşamaq istəyir. Özünə zülm edir... Məsələn, Üzeyirə qulaq asmaq istəyir, içindən gəlir. Amma gündəmdə başqa janrdır, xoşu gəlmir, ancaq məcbur qulaq asır. Toyda yemək yeyəndə kamera çəkən kimi özümü yığışdırırdıq. Biz yeməksiz yaşayırıq? Hamımız çörək yeyirik da, niyə kamera çəknədə narahat olaq? Təbiilikdən çıxırıq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.