Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”

Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”

Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”
2025-03-30 , 15:03

Müğənni Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin "Axtarma məni" mahnısını ifa etdiyi üçün tənqid olunur. Niyaməddin Musayev tərəfindən möhürü vurulan mahnını öz tərzində oxuduğu üçün Ü.Mehdizadənin ifası çoxları tərəfindən bəyənilməyib.

Niyaməddin Musayev isə Pravda.az-a açıqlamasında deyib ki, Üzeyir Mehdizadəni tanımır, onun ifasında "Axtarma məni" mahnısını eşitməyib.
"İnsanlar müxtəlifdir, hərəsinin bir zövqü var. Mənim mahnımı oxuyubsa, yaxşı oxuyar, pis oxumaz. Sağ olsun ki, nəğmələrimi oxuyur, repertuarıma müraciət edib. Cavan ifaçılara baxıram. Eləsi var, tanıyıram, eləsi var, görməmişəm, əlaqəm yoxdur. Buna görə Üzeyir Mehdizadənin ifa tərzi barədə də fikir bildirə bilmirəm" - N.Musayev qeyd edib./Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.