Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tacir Şahmalıoğlu Xatirədən üzr istədi - VİDEO

Tacir Şahmalıoğlu Xatirədən üzr istədi - VİDEO

Tacir Şahmalıoğlu Xatirədən üzr istədi - VİDEO
2025-09-26 , 17:17

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu arasında mübahisə yaşanıb.

Yenilik.az xəbər verir ki, T.Şahmalıoğlu Xatirənin qonaq olduğu "Günə uğurla" verilişinə telefonla zəng edib. O bildirib ki, aralarında anlaşılmazlıq yaşanıb:
"Hər şey gözəldi. Xatirə ürəyimdir. Aramızda inciklik ola bilməz. Zəng söhbətində oğlum inciyib. Mən də Xatirənin köməkçisinə zəng etdim ki, mənimlə əlaqə saxlasın. Bir-birimizə çata bilmədik. Tonla çörək kəsmişim. küsülülük ola bilməz".
T.Şahmalıoğlu Xatirənin atasının rəhmətə getməsini deməsinə görə ondan üzr istəyib:
"Xatirədən üzr istəyirəm. Yusif Mustafayev dedi atası rəhmətə gedib. Ona görə mən də "Allah rəhmət eləsin" dedim. Diriyə də rəhmət var".
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.