Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tacir Xatirə ilə qalmaqalından danışdı

Tacir Xatirə ilə qalmaqalından danışdı

Tacir Xatirə ilə qalmaqalından danışdı
2025-09-25 , 14:43

Tacir Şahmalıoğlu "Tarixin bir günü" verilişində qonaq olub.

 
O, Xatirə İslamla arasında yaranan qalmaqala aydınlıq gətirib.
 
Sənətçi Xatirədən küsmədiyini açıqlayaraq barışıq addımı atıb: 
 
"Xatirədən heç vaxt küsə, inciyə bilmərəm. O, qabağından yeməyən, mərd qızdır. Xatirə ilk dəfə mənim yanıma gələndə ona yox deyə bilərdim, yanıma qəbul etməyə bilərdim. Amma demədim, sevə-sevə yanımda toylara apardım. Sonra öz yolunu seçmək istədi. İndi deyir ki, Tacir mənə nə öyrədib? Bəs öyrənmək nəyə deyirsən? Axı sən öyrənmək istəmədin, tez getdin. Oğlum Şahmalı onun mahnısını oxumaq istəyəndə ona zəng etdik, bir xanım götürdü. Dedim ki, mən filankəsəm, Xatirə ilə danışmaq istəyirəm. Baş üstə dedi və o gedən oldu. Mənimlə danışmadı".
 
Xatırladaq ki, Tacir Şahmalıoğlu Xatirə İslamın öz tələbəsi olduğunu demişdi. Xatirə isə sosial media hesabında video yayımlayaraq onun sözlərini yalanlamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.