Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Keçmiş həyat yoldaşı ilə bağlı uzaqlaşdırma qərarı aldırıb

Keçmiş həyat yoldaşı ilə bağlı uzaqlaşdırma qərarı aldırıb

Keçmiş həyat yoldaşı ilə bağlı uzaqlaşdırma qərarı aldırıb
2025-11-26 , 18:14

Xalq artisti Naibə Allahverdiyeva ona şiddət göstərdiyi üçün ayrıldığı keçmiş həyat yoldaşı Yusif İsmayılov haqda açıqlama verib.

Aktrisa "Öz aramızda" verilişində uzaqlaşdırılma qərarı aldırdığını və onunla artıq görüşmədiyini bildirib:
"Hər şey yaxşıdır, hərə öz həyatını davam edir. Uzaqlaşdırma qərarı alınıb, ona qadağa qoyulub, mənə yaxınlaşa bilməz. Özümü çox yaxşı hiss edirəm. Onunla yaşadığım illəri xəstəxanada keçirtmişəm. İllərimə heyfim gəlir. Heyif o illərə: sağlamlığımdan, sənətimdən getdi. Bir şeyə bağlanıramsa, ona bütün qəlbimlə yanaşıram. Sənətimdən, dostlarımdan, əhatəmdən və can sağlığımdan geri düşdüm. Canım qurtardı: qorxu yoxdur, "öldürəcəyəm" sözünü eşitmirəm".
Qeyd edək ki, Y.İsmayılov N.Allahverdiyevanı döydüyü üçün həbs edilmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.