Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tanınmış müğənni ağır xəstəlikdən əziyyət çəkirmiş

Tanınmış müğənni ağır xəstəlikdən əziyyət çəkirmiş

Tanınmış müğənni ağır xəstəlikdən əziyyət çəkirmiş
2025-12-02 , 06:34

"Rəngarəng" verilişinə daxil olan məktubda müğənni Ofeliya Şabanovanın ağır xəstəlikdən əziyyət çəkdiyi və ürək əməliyyatı olunduğu iddia edilib.

 
Proqram zamanı səsləndirilən məlumat studiyada gərgin anlar yaradıb.
 
İddiaya cavab verməkdən çəkinən sənətçinin gözlərinin yaşla dolması diqqətdən yayınmayıb.
 
Ofeliya Şabanova mövzu ilə bağlı danışmaq istəmədiyini bildirib:
 
"Heç nəyə ehtiyac yoxdur, bu barədə danışmayacağam. Allahdan başqası yalandır. Nə qədər ki arxamda güclü həyat yoldaşım var, heç kimin köməyinə ehtiyacım yoxdur. Bu haqda suala cavab verməyəcəyəm".
 
Müğənninin açıqlaması onun səhhəti ilə bağlı yayılan iddiaları daha da gündəmə gətirib.
 
Sənətçi isə şəxsi həyatı və sağlamlığı barədə məlumat paylaşmaqdan imtina edib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.