Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Çox qəlblər qırırdı...” – Röya mərhum Xalq artistindən danışdı VİDEO

“Çox qəlblər qırırdı...” – Röya mərhum Xalq artistindən danışdı VİDEO

“Çox qəlblər qırırdı...” – Röya mərhum Xalq artistindən danışdı VİDEO
2025-12-04 , 16:16

Xalq artisti Röya Ayxan "Tarixin bir günü" verilişində maraqlı fikirləri ilə diqqət çəkib.


Bakupost.az xəbər verir ki, pop ulduz xüsusilə mərhum Xalq artisti İlhamə Quliyeva barədə söylədikləri ilə gündəmə gəlib.

Röya bildirib ki, İlhamə Quliyevanın sənətdəki yeri heç vaxt doldurula bilməz:

"Çox qəlblər qırırdı, çox əsəbi adam idi, buna görə bir çox sənət adamı onun yerində özünü görmək istəmirdi. Amma nə olursa-olsun, o böyük sənətkar idi. Onun yerində ola bilmərik. O, dahi olub".

Sənətçi eyni zamanda bəzi gənc ifaçıların İlhamə Quliyeva barədə tənqidi fikirlərinə də etiraz edib:

"Onun arxasınca danışan gənclərin söz deməyini ümumiyyətlə qəbul etmirəm. Çünki mən də vaxtilə belə səhvlər etmişəm. Sonra mənim yaşlarıma çatanda sakitləşdirici dərmanlar qəbul etməsinlər".

Röyanın sözləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və tamaşaçılar arasında müxtəlif reaksiyalar doğurub.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.