Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xanəndədən qalmaqallı açıqlama: “Oğlum müğənni qız alsa, intihar edərəm” - VİDEO

Xanəndədən qalmaqallı açıqlama: “Oğlum müğənni qız alsa, intihar edərəm” - VİDEO

Xanəndədən qalmaqallı açıqlama: “Oğlum müğənni qız alsa, intihar edərəm” - VİDEO
2026-02-05 , 13:09

“Mən özüm kişi olsaydım, heç vaxt müğənni qadın almazdım. Mən istəyərdim ki, xanımım evdə otursun, uşaqlara baxsın, yeməyini bişirsin.Uşağın tərbiyyəsi ilə məşğul olsun. Yox, gecə saat 3-də durub evə gəlsin?! Bu, iş deyil”.

Yenilik.az xəbər verir ki, bu sözləri “Öz aramızda” verilişində qonaq olan xanəndə Kəmalə Nəsibova deyib.
Xanəndə heç vaxt oğlunun müğənni qız ilə evlənməsinə razı olmayacağını deyib:

“Bütün yaxşı oxuyanlar, dünya şöhrətli ifaçılar toylara getməyib, amma konsertlərdə, səfərlərdə olublar hər zaman. Evdə tapılmayıblar. Oğlum müğənni qız alsa, intihar edərəm. Kişinin qadını, namusu, qeyrəti evdə olar. Biz də çıxıb oxuyuruq. Qıraqdan 100 söz atırlar. Mən şəxsən kişi olsam, bununla razılaşmazdım. Məni kim aparıb evinin xanımı etdi ki? Mən də oturmadım. Mən ər çörəyi yeyə bilmədim. Mənim bəxtim gətirmədi. İndi gecdi 40-a çatmışam”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.